19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu il Bolqarıstanla yoxlama görüşü keçirəcək. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı bolqarların baş məşqçisi Angel Stoykov yerli mətbuata açıqlamasında verib.
Gürcüstanla yoxlama görüşündə üz-üzə gələn Bolqarıstan yığması 1:1 hesabı ilə bərabərə qalıb. Matçla bağlı fikirlərini bildirən Stoykov gələcək planlarından da söz açıb.
O, oktyabrda Azərbaycanın U-19 komandası ilə qarşılaşacaqlarını söyləyib: “Növbəti toplanışımız sentyabrda Almaniyada olacaq və yoxlama görüşlərində qüvvəmizi sınayacağıq. Həmçinin oktyabrda da Kipr və Azərbaycanla matçlarda futbolçuları yoxlayacam. Noyabrda isə artıq seçmə mərhələ start götürəcək”.