Azərbaycan millisi bu gün növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız Latviya ilə yoxlama oyununda qüvvəsini sınayıb.
Səfərdə oynayan Qurban Qurbanovun yetirmələri Millətlər Liqasına hazırlıq çərçivəsində son sınağını Riqada gerçəkləşdirib. Bu matça qədər bu il keçirdiyi 5 qarşılaşmada yalnız bir qələbəsi olan komandamız azarkeşlərini sevindirməyi bacarıb.
Oyuna fəal başlayan komandamız yekunda 3:1 hesablı qələbə qazanıb.
Yığmamızın heyətində Maksim Medvedev, Cavid İmamverdiyev və Emin Mahmudov fərqlənib.
Yoldaşlıq görüşü
9 iyun
Latviya – Azərbaycan - 1:3
Qollar: Uldriks, 90+2 - Maksim Medvedev, 21, Cavid İmamverdiyev, 57, Emin Mahmudov, 63
Hakimlər: Denis Şerbakov, Yuri Xomçanka, Andrey Xetsikov (hamısı Belarus)
Dördüncü hakim: Aleksandr Anufriyev (Latviya)
Riqa, “Dauqava” stadionu
Latviya: 23. Yevgeni Neruqal, 20. Kaspar Dubra (K), 18. İqor Tarasov, 6. Vladislav Qabov, 2. Vitali Maksimenko, 16. Aleksanr Fertov, 8. Kristian Torres, 14. Yanis İkaunieks, 7. Ritvars Ruqin, 11. Artur Karaşauskas, 10. Valeri Şabala
Ehtiyat oyunçular: 12. Kasper İksten, 4. Qrints Freymanis, 21. Qleb Klyuşkin, 17. Roberts Savalnikes, 15. Dmitri Hmiz, 5. Rayvis Andris Yurkovski, 19. Vitali Yaqodinski, 22. Vitali Reçicki, 9. Aleksey Vaşnakov, 13. Vladimir Kames, 3. Robert Uldriki
Baş məşqçi: Miksu Patelay
Azərbaycan: 1. Kamran Ağayev (K), 2. Qara Qarayev, 4. Pavlo Paşayev, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Namik Ələskərov, 11. Ramil Şeydayev, 15. Ruslan Abışov, 25. Cavid İmamverdiyev, 26. Ürfan Abbasov
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 6. Bədavi Hüseynov, 10. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, 16. Cavid Hüseynov, 17. Rəhman Hacıyev, 18. Coşqun Diniyev, 21. Təmkin Xəlilzadə, 22. Mahir Mədətov, 28. Ufuq Budaq, 30. Rahil Məmmədov
Baş məşqçi: Qurban Qurbanov