Hazırlıq oyunlarında milli komandamızın rəqiblərindən biri olan Latviya Baltik Kubokunda ikinci matçına çıxıb. Apasport.az saytının məlumatına görə, latışlar Litva ilə üz-üzə gəliblər.
Matç 1:1 hesablı bərabərliklə yekunlaşıb. Dubra 46-cı dəqiqədə hesabı açsa da, Latviya bu üstünlüyünü sona qədər qoruya bilməyib. Laukzemiş 86-cı dəqiqədə hesaba tarazlıq gətirən qola imza atıb.
Amma bu rəqibimizin kuboku qazanmasına mane olmayıb. Belə ki, iki oyundan sonra aktivində 4 xal olan Latviya Baltik Kubokunun qalibi olub.
Qeyd edək ki, Latviya – Azərbaycan matçı iyunun 9-da saat 19:00-da start götürəcək.