[b]Millimizin üzvü dizindən əməliyyət olunacaq[/b]
26.07.2018 - 12:02
[b]Millimizin üzvü dizindən əməliyyət olunacaq[/b]

Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt”ın futbolçusu Ehtiram Şahverdiyev Almaniyaya yollanacaq. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, buna səbəb gənc yarımüdafiəçinin dizindən zədəli olmasıdı.

 

Mövsümünə hazırlığın 1-ci mərhələsi çərçivəsində Bakıda baş tutan toplanışda xəsarət alan Şahverdiyev həftəsonu Almaniyaya gedəcək.

 

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü gələn həftənin əvvəlində orda əməliyyat olunacaq.