Mirzəbəyovla Petrov "Neftçi"də qaldı
11.06.2018 - 16:18
“Neftçi”nin ötən mövsüm heyətində çıxış edən 3 futbolçu ilə müqaviləni yeniləyib. Apasport.az klubun saytına istinadən məlumat verir ki, kapitan Ruslan Abışov daha 2 il “ağ-qaralar”ın şərəfini qoruyacaq.
Komandanın müdafiəçisi Məhəmməd Mirzəbəyov növbəti mövsümdə də bakılıların formanı geyinəcək. Ukraynalı arxa xətt oyunçusu Kiril Petrovla isə müqavilə 1+1 il müddətinə artırılıb.
Qeyd edək ki, ötən mövsüm Abışov 30 oyunda 5 qol, Petrov 24 görüşdə 1 qol vurub. Mirzəbəyov isə 23 oyunda meydana çıxıb.
0
0