[b]Misir millisinin yeni baş məşqçisi kim olacaq?[/b]
25.07.2018 - 14:29
[b]Misir millisinin yeni baş məşqçisi kim olacaq?[/b]

Misir Futbol Assosiasiyası yığmanın baş məşqçisi postuna namizədləri açıqlayıb. Apasport.az saytının BBC-yə istinadən məlumatına görə, siyahıda Xorxe Luis Pintu, Kike Sançes Flores, Xavyer Aqirre və Vahid Halilhodjiçin adları yer alıb.

 

2014-cü ildə keçirilən dünya çempionatında Pintunun çalışdırdığı Kosta-Rika 1/4 finala qədər irəliləmişdi. Onun sonuncu iş yeri Honduras millisi olub. Flores müxtəlif illərdə “Valensiya”, “Atletiko” və “Benfika” kimi klublarda işləyib. Kike sonuncu dəfə “Espanyol”u çalışdırıb.

 

Xavyer Aqirre 2017-ci ilin may ayından bəri işsizdi. Halilhodjiç isə müxtəlif dövrlərdə Kot-d’İvuar, Əlcəzair və Yaponiya yığmalarına rəhbərlik edib.

 

Xatırladaq ki, DÇ-2018-də 3 məğlubiyyətlə A qrupunu sonuncu sırada tamamlayan Misir yığmasında Ektor Kuper istefaya göndərilmişdi.