"Real"ın yarımmüdafiəçisi Luka Modriç Səudiyyə Ərəbistanı klubu ilə müqavilə imzalayacaq.
Apasport.az saytı xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçinin ərəblərlə razılaşması üç il müddətinə olacaq.
Futbolçu Səudiyyə Ərəbistanı çempionatında La Liqa ilə müqayisədə daha az iş yükünün olacağına ümid edir. Modriç Xorvatiya millisinə heyətində Avro-2024-də də iştirak etməyi planlaşdırır.
Madrid klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq təcrübəli oyunçunun İspaniya təmsilçisi ilə yeni razılaşma imzalayacağı bildirilirdi.
Qeyd edək ki, bu mövsüm bütün turnirlərdə 51 oyuna çıxan Modriç 6 qol və 6 assistlə yadda qalıb.
- Deşam Mbappe barədə: - “Hələ də onu tənqid edənlər var”
- Samet Akaydından sərt reaksiya – “Saça, saqqala qarışmaq mənasızdır”
- Olise Fransa qələbəsinin qəhrəmanı oldu – “Matçın adamı” seçildi
- Uğurcan Çakırdan Paraqvay mesajı – “Ölkəmizi sevindirmək istəyirik”
- Mbappe tarixə keçdi – Fransa millisində rekord qırıldı