[b]Modriçin dəyərləndirməsi [/b]
11.06.2018 - 14:37
[b]Modriçin dəyərləndirməsi
[/b]

“Real”ın və Xorvatiya millisinin üzvü Luka Modriç geridə qalan mövsümün yekunlarını dəyərləndirib. Apasport.az saytının goal.com-a istinadən məlumatına görə, yarımmüdafiəçi yığmada uğur əldə etmək naminə Madrid klubu ilə qazandığı titulların bir qismini qurban verməyə hazır olduğunu deyib.

 

“Çətin və uzun mövsüm oldu. Həm çempionatda, həm də İspaniya kubokunda heç də yaxşı oynamadıq. Bununla belə, mövsümün sonunda əsas titulu qazandıq. Tarixə keçən belə bir qələbənin parçası olduğuma görə çox xoşbəxtəm. Ancaq “Real”da əldə etdiyim titulların bir hissəsini millidə böyük uğurlar qazanmağa dəyişərdim” – deyə, Modriç bildirib.

 

Qeyd edək ki, Modriçin də heyətində yer aldığı Xorvatiya yığması dünya çempionatında Argentina, İslandiya və Nigeriya ilə eyni qrupda mübarizə aparacaq.