[b]Morata “Milan”a gedir[/b]
26.07.2018 - 23:08
İspaniya millisinin futbolçusu Alvaro Morata karyerasını İtaliyada davam etdirməyə yaxındı. Apasport.az saytının məlumatına görə, futbolçunun müqavilə ilə məxsus olduğu İngiltərə “Çelsi”si hücumçunu 70 milyon avroya satmağa razılıq verib.
Ötən il İspaniya “Real”ından 75 milyona transfer olunan Morata londonluları ziyana salsa da, “zadəganlar” ispaniyalılar yolları ayırmağa hazırdı. Moratanın xidmətində isə “Milan” maraqlıdı.
Qeyd edək ki, Morata Premyer Liqanın son mövsümündə 31 oyunda 11 qol vurub.
0
0