[b]“Mundialdan sonra sistem dəyişəcək” – İnfantino[/b]
10.06.2018 - 20:56
[b]“Mundialdan sonra sistem dəyişəcək” – İnfantino[/b]

FİFA prezidenti Canni İnfantino yığma komandaların reytinq cədvəlinin müəyyənləşməsi prosesindən narazıdı. Apasport.az saytının xarici mətbuata istinadə məlumatına görə, o, dünya çempionatından sonra buna əl gəzdiriləcəyini bildirib.

Ali futbol qurumunun rəhbəri bunu yeni sistemlə müəyyənləşdirəcəklərini deyib: “FİFA reytinqinin dəyişdirilməsini razılaşdırdıq. Bunu daha məntiqli etmək istəyirik. Yeni sistem dünya çempionatından sonra tətbiq ediləcək. Hesab edirik ki, bu, daha balanslı olacaq”.

Qeyd edək ki, Azərbaycan millisi hazırda FİFA reytinqində 105-ci pillədə qərarlaşıb.