Muslera "Qalatasaray" karyerasında bir ilk yaşayıb
21.02.2025 - 12:35
Uruqvaylı qapıçı Fernando Muslera "Qalatasaray" karyerasında bir ilki yaşayıb.
Apasport.az xəbər verir ki, bu, "sarı-qırmızılılar"ın UEFA Avropa Liqasının "AZ Alkmaar"la cavab oyununda baş verib.
Muslera ehtiyat oyunçular skamyasında
Belə ki, Muslera "Qalatasaray" karyerasında ilk dəfə zədəsiz olduğu matçda ehtiyat skamyasında yer alıb.
Musleranın "Qalatasaray"da qazandığı çempionluqlar
Muslera “Qalatasaray”ın heyətində 539 rəsmi oyuna çıxıb və 7-si Super Liqa, 4-ü Türkiyə kuboku və 6-sı TFF Superkuboku olmaqla ümumilikdə 17 çempionluq qazanıb.
"Qalatasaray"dan qapıçı rotasiyası
Qeyd edək ki, uruqvaylının əvəzinə bu matçda Günay Güvenç forma geyinib.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0