Ən qısa fasilə - Premyer Liqada
24.12.2020 - 13:03
Ən qısa fasilə - Premyer Liqada

Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün qış fasiləsi cəmi 27 gün sürəcək.

Apasport.az saytının məlumatına görə, bu, Azərbaycan çempionatları tarixinin ən aşağı göstəricisidir.

Dekabrın 24-də 2020-ci ilin son matçına çıxacaq komandalar növbəti görüşünü gələn il yanvarın 21-də keçirəcək. İndiyədək heç vaxt qış fasiləsi belə qısa bilməyib.

Əvvəlki qısa fasilə 2009/10 mövsümündə qeydə alınmışdı. Həmin vaxt ilin son oyun günündən növbəti ilin ilk matçına qədər 38 gün keçmişdi. 2014/15 mövsümündə isə bu rəqəm 39-a bərabər olub.

Ən uzun fasilə isə 2000/01 mövsümünə təsadüf edib. Həmin vaxt komandalar 111 gün istirahət imkanı qazanıb. 3 il sonra isə fasilə 2 həftə az sürüb.

Payız-yaz sistemli Azərbaycan çempionatlarında qış fasiləsi
1993/94 - 70
1994/95 - 70
1995/96 - 56
1996/97 - 51
1997/98 - 46
1998/99 - 46
1999/2000 - 69
2000/01 - 111
2001/02 - 52
2003/04 - 97
2004/05 - 53
2005/06 - 55
2006/07 - 59
2007/08 - 76
2008/09 - 76
2009/10 - 38
2010/11 - 51
2011/12 - 56
2012/13 - 46
2013/14 - 43
2014/15 - 39
2015/16 - 41
2016/17 - 42
2017/18 - 64
2018/19 - 55
2019/20 - 55
2020/21 - 27
 

0