Ən yaxşı adına 4 namizəd – Çempionlar Liqasında
05.11.2020 - 09:01
Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər açıqlanıb.
Apasport.az saytının məlumatına görə, UEFA III turun oyunlarından sonra fərqlənən dörd futbolçunu müəyyənləşdirib.
Bunlar Alassane Plea (“Borussiya”, Mönhenqladbax), Dioqo Jota (“Liverpul”), Erlinq Haland (“Borussiya”, Dortmund) və Yussef En-Nesiridir (“Sevilya”).
Həftənin oyunçusu UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermə ilə müəyyənləşəcək.
0
0