[b]Nainqqolanın yeni klubu bəlli oldu
[/b]
11.06.2018 - 14:56
“Roma”nın yarımmüdafiəçisi Radja Nainqqolan iş yerini dəyişmək üzrədi. Apasport.az saytının “Tuttosport”a istinadən məlumatına görə, belçikalı futbolçu “İnter”ə keçir.
Keçid Milan klubuna 29 milyon avroya başa gələcək. Nainqqolan yeni iş yerində ilinə 4,5 milyon avro qazanacaq.
Nainqqolanın “İnter”ə transferinin iyulun 1-də rəsmi olaraq ictimaiyyətə açıqlanacağı gözlənilir.
“Neradzurrilər”in baş məşqçisi Luçano Spalletti “Roma”da Nainqqolanla birgə çalışıb.
0
0