[b]“Napoli”dən 25 milyonluq transfer[/b]
12.06.2018 - 00:02
“Bolonya”nın hücumçusu Simone Verdi karyerasını “Napoli”də davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 25 yaşlı futbolçu Neapol təmsilçisi ilə anlaşıb.
O, yeni klubu ilə 5 illik müqavilə imzalayıb. İtaliya mıtbuatı iddia edir ki, bu transfer “Napoli”yə 25 milyon avroya başa gəlib.
Qeyd edək ki, ötən mövsüm “Bolonya” forması ilə 34 matçda meydana çıxan Verdi 10 qol vurub, bir o qədər də komanda yoldaşlarına məhsuldar ötürmə verib.
0
0