[b]Naxçıvanda turnirin təqvimi açıqlandı[/b]
12.06.2018 - 22:31
[b]Naxçıvanda turnirin təqvimi açıqlandı[/b]

Naxçıvan Muxtar Respublikasında keçiriləcək Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi Naxçıvan Kubokunun püşkü atılıb. Apasport.az PFL-in saytına istınadən xəbər verir ki, yarışda 4 komanda mübarizə aparacaq.

 

Bunlar turnirin ötənilki qalibi MOİK, həmçinin “Araz Naxçıvan, “Zaqatala” və “Şüvəlan”dı. Açılış oyunu iyun 13-də baş tutacaq. İki gün sonra isə turnirin son matçları təşkil olunacaq.

 

Şərur Olimpiya Kompleksində turnirin püşkatma mərasimi keçirilib. Püşkatmada Peşəkar Futbol Liqasının  nümayəndələri ilə yanaşı klub rəsmiləri də iştirak ediblər. Püşkə əsasən yarışın təqvimi də açıqlanıb.

I tur, 13 iyun

11:00. MOİK – “Şüvəlan”
Naxçıvan şəhər stadionu

17:30. “Zaqatala” – “Araz Naxçıvan”
Naxçıvan şəhər stadionu

II tur, 14 iyun 

11:00. “Şüvəlan” – “Araz Naxçıvan”
Naxçıvan şəhər stadionu

17:30. MOİK – “Zaqatala”
Naxçıvan şəhər stadionu

III tur, 15 iyun

11:00. “Zaqatala” – “Şüvəlan”
Naxçıvan şəhər stadionu

18:30. “Araz Naxçıvan” – MOİK
Naxçıvan şəhər stadionu