Belçika millisinin sabiq futbolçusu Raca Naynqolan növbəti qalmaqalın səbəbkarı olub.
Apasport.az saytının məlumatına görə, hazırda “Antverpen”də çıxış edən yarımmüdafiəçi ehtiyat oyunçular skamyasında siqaret çəkib.
Bu, “Standart”la çempionat matçının (0:3) startı ərəfəsində baş verib. Meydanın yaxınlığında siqaret çəkən ulduz kameraların obyektivindən də yayınmayıb. Baş verənlərdən narazı qalan klub rəhbərliyi Naynqolanı əsas komandadan kənarlaşdırıb. O, əvəzedici heyətlə məşq edir.
Qeyd edək ki, Raca “Antverpen”ə qədər “Pyaçentsa”, “Kalyari”, “Roma” və “İnter”in şərəfini qoruyub.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir