“Neftçi” yeni baş məşqçisini açıqladı
08.06.2018 - 13:09
“Neftçi” yeni baş məşqçisinin adını açıqlayıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt klubu bu posta Roberto Bordini gətirib.
Belə ki, kubun Müşahidə Şurasının və təsisçilərin növbədənkənar ümumi yığıncağı keçirilib. İclasda komandanın baş məşqçisi postuna namizədin müzakirəsi aparılıb və italiyalı Bordin bu vəzifəyə təyin edilib. Onunla 2 illik müqavilə bağlanıb.
Qeyd edək ki, Roberto Bordinin son iş yeri “Şerif” olub.
0
0