[b]“Neftçi”də itki
[/b]
14.07.2018 - 21:45
Bakının “Neftçi” klubu ciddi itki ilə üzləşib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Macarıstanın "Uypeşt” klubu ilə oyunun ilk hissəsində zədələnərək əvəzlənən Namiq Ələsgərovun durumuna aydınlıq gəlib
Yarımmüdafiəçi bu gün növbəti dəfə müayinə olunub. 23 yaşlı futbolçu təxminən 1 ay müalicə olunub, fərdi məşqlər keçəndən sonra komanda ilə hazırlıqlara qoşulacaq.
Qeyd edək ki, dünənki tibbi baxışdan sonra Ələsgərovun sol dizində ön çarpaz bağın gərildiyi və hissəvi qopma olduğu müəyyənləşib.
0
0