“Neftçi”nin 2018/2019 mövsümü üçün yay hazırlıq proqramı müəyyənləşib. Apasport.az klubun saytına istinadən məlumat verir ki, hazırda istirahətdə olan komanda iyunun 17-də təlim-məşq bazasında bir araya gələcək və baş məşqçi Roberto Bordinin rəhbərliyi altında ilk məşqinə çıxacaq.
Bu gündən isə futbolçular tibbi müayinədən keçməyə başlayıb.
"Neftçi” iyunun 22-nə qədər paytaxtda məşqləri davam etdirəcək. Daha sonra təlim-məşq toplanışının növbəti mərhələsi üçün Türkiyəyə yola düşəcək. İyulun 6-dək Topuk yaylasında baş tutacaq hazırlıq prosesində Bordinin komandası 4 yoxlama görüşü keçirəcək. Rəqiblərin kimliyi haqqında yaxın günlərdə ətraflı məlumat veriləcək.