“Neftçi” Konfrans Liqasının pley-off mərhələsində mübarizəyə “Makkabi” ilə görüşlə start verib.
Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin İsrail klubları ilə görüşlərdəki ənənəsi bu dəfə də davam edib.
“Ağ-qaralar” İsrail klubları ilə bütün ev oyunlarında məhsuldar heç-heçə edib. “Hapoel” (Kiryat-Şmona) və “Bney Yehuda” ilə qarşılaşmalar eyni - 2:2 hesabı ilə başa çatıb. Bu dəfə daha çox – 6 qol vurulsa da, yenə Bakıda sülh qeydə alınıb.
İndi “Neftçi” bu tendensiyanın ikinci – xoş olmayan tərəfini qırmalıdır. Məsələ ondadır ki, bakılılar İsraildə məğlubiyyətdən başqa heç nə görməyib.
Təmsilçimiz “Hapoel”ə 0:4, “Bney Yehuda”ya 1:2 hesabı ilə uduzub. Düzdür, birinci qarşılaşma ilk, digəri isə indiki kimi cavab görüşünə təsadüf edib. Samir Abasovun yetirmələri “evdə məhsuldar heç-heçə, səfərdə məğlubiyyət” tendensiyasını avqustun 26-da qırmağa çalışacaq.
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda