[b]Nuri Şahin “Qalatasaray”la anlaşdı[/b]
10.06.2018 - 15:41
[b]Nuri Şahin “Qalatasaray”la anlaşdı[/b]

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Nuri Şahin karyerasını Türkiyədə davam etdirməyə hazırlaşır. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, 29 yaşlı oyunçu “Qalatasaray”la anlaşıb.

Futbolçu ilə klub arasında danışıqlar artıq yekunlaşıb və Nuri 3+1 illik müqavilə bağlamağa razılıq verib. İndi qalır “Borussiya”nı yola gətirmək. Superliqa təmsilçisi bu keçid müqabilində almanlara 2 milyon avro ödəməyə hazırdı. Nuri “Borussiya”nı razı salmağı öz boynuna götürüb.

Qeyd edək ki, Nuri Şahinin “Borussiya” ilə müqavilə müddəti gələn ilin yayına qədərdi.