Okan Buruk Türkiyə Superliqasının tarixinə düşdü
19.02.2024 - 18:56
Okan Buruk Türkiyə Superliqasının tarixinə düşdü

"Qalatasaray" komandasının baş məşqçisi Okan Buruk Türkiyə Super Liqasının tarixinə düşüb.

Apasport.az xəbər verir ki, mütəxəssis bir komandanın "sükanı arxasında" 50 qalibiyyətə ən az matçda (62 oyun) çatan baş məşqçi olub. 

O, bunu Super Liqanın 26-cı turunda səfərdə "Ankaragücü"nü məğlub edərək (3:0) bacarıb.

Qeyd edək ki, "Qalatasaray" 69 xalla turnir cədvəlinə liderlik edir. 

0