Okan Buruk UEFA tərəfindən cəzalandırıldı
12.04.2024 - 17:21
Okan Buruk UEFA tərəfindən cəzalandırıldı

UEFA "sarı-qırmızılı" komandanın baş məşqçisi Okan Buruk, müdafiəçisi Kaan Ayhan, matç və performans analitiki Serhat Doğanı "Sparta Praqa" - "Qalatasaray" (6:4) matçında baş verən hadisələrə görə cəzalandırıb.

Apasport.az xəbər verir ki, Avropa futbol qurumunun İntizam Komitəsi "aslanlar"a verilən cəzaları açıqlayıb.

Okan Buruk qeyri-idman hərəkətinə görə 2, Kaan Ayhan sərt müdaxiləyə görə 1, matç və performans analitiki Serhat Doğan isə 3 oyunluq cəza alıb. 

0