[b]“Onları keçmək çox çətindi” - Dani Kintana[/b]
26.07.2018 - 17:20
[b]“Onları keçmək çox çətindi” - Dani Kintana[/b]

“Kukesi” ilə səfər oyunu çox çətin keçdi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana deyib.

 

Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında “Kukesi” ilə səfərdə qolsuz bərabərə qalıb. Zədə ucbatından həmin görüşü buraxan ispaniyalı futbolçu rəqibin yaxşı qapandığını söyləyib.

 

31 yaşlı hücumameylli oyunçu Bakıda qələbə qazanmaq üçün əllərindən gələni edəcəklərini vurğulayıb: “Rəqib bizi müdafiədə gözləyirdi. Kənardan asan görünə bilər. Ancaq müdafiəyə qapanan bütün futbolçuları keçmək çox çətindi. Doğma meydanımızda azarkeşlərimizin də dəstəyi ilə “Kukesi”nin müdafiə xəttini yarmağın yollarını tapmalıyıq”.

 

Kintana zədəsinin artıq sağaldığını və cavab görüşünə yetişəcəyini əlavə edib: “Bu həftədən məşqlərə qoşulacam. Cavab matçını səbirsizliklə gözləyirəm”.

 

Qeyd edək ki, “Qarabağ”la “Kukesi” arasında cavab oyunu avqustun 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

0