Origi İngiltərəyə qayıdacaq
20.08.2023 - 17:39
Divok Origi İngiltərəyə dönməyə yaxındır.
Apasport.az saytı xəbər verir ki, “Vest Hem” 28 yaşlı hücumçunu heyətinə cəlb etmək istəyir.
“Milan” baş məşqçisi Stefano Pioli belçikalı forvardı gələcək planlarına daxil etməyib. Ötən mövsüm nadir hallarda əsas heyətdə yer alan Origi də İngiltərəyə qayıtmağa isti münasibət bəsləyir.
Qeyd edək ki, Divok uzun müddət “Liverpul”da çıxış edib. O, komandanın heyətində 175 qarşılaşmada 41 qol vurub.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0