Osimhenin maaşı artırılır
29.05.2023 - 20:53
Osimhenin maaşı artırılır

“Napoli” futbolçusu Viktor Osimheni heyətində saxlamağa qərar verib.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu hücumçuya yeni müqavilə təklif edib.

A seriyasının çempionu PSJ, “Mançester Yunayted” və “Çelsi”nin hədəfində olan nigeriyalının maaşını artırmaqla komandada saxlamaq istəyir. Neapollular Osimheni yalnız 160 milyon avrodan artıq qiymətə satmağa razı olacaq.

Viktorun indiki anlaşması 2025-ci ilin yayında bitəcək. O, ildə 4,5 milyon avro qazanır. Bu rəqəmin artırılması nəzərdə tutulub.

Qeyd edək ki, forvard A seriyasının 31 oyununda 25 qola imza atıb.

0