Palinya nəhənglərin hədəfində
18.03.2023 - 14:04
Palinya nəhənglərin hədəfində

“Fulhem”in futbolçusu Palinya Premyer Liqa nəhənglərinin hədəfinə düşüb.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin xidmətində maraqlı olan klublardan biri “Arsenal”dır.

“Topçular” növbəti mövsüm üçün heyətini daha da genişləndirmək istəyir. Lakin “Fulhem”in futbolçusuna “Liverpul”, “Çelsi”, “Mançester Yunayted” və “Nyukasl” da elçi düşüb.

Qeyd edək ki, Palinya digər liqaların klublarının da transfer siyahısına düşüb.

0