"Panatinaikos"da yeni çalışdırıcı
11.06.2024 - 09:58
"Panatinaikos"da yeni çalışdırıcı

Yunanıstan təmsilçilərindən "Panatinaikos"a yeni baş məşqçi təyin edilib.

Apasport.az xəbər verir ki, yunan klubu uruqvaylı Dieqo Alonsanı baş məşqçi postuna gətirib. 

49 yaşlı məşqçi ilə 2 illik müqavilə imzalanıb. 

O, daha əvvəl "Sevilla", Uruqvay Milli Komandası və "İnter Mayami" kimi komandaları çalışdırıb. 

Xatırladaq ki, 2023-2024-cü il mövsümünə serb məşqçi İvan Yovanoviçlə başlayan "yaşıl-ağlar" dekabrda Fatih Terimi komandaya rəhbər təyin etdi. Mövsümü 56 xalla 4-cü pillədə başa vuran Fatih Terim "Panatinaikos"la 26 rəsmi matçda 14 qələbə, 6 heç-heçə və 6 məğlubiyyət qazanıb. 

70 yaşlı türkiyəli Yunanıstan Liqasında çempionatın pley-off mərhələsi başa çatmadan komandadan ayrıldı və kubokun final matçında iştirak etmədi. 

0