[b]Parexo "Barselona"nın hədəfində[/b]
26.07.2018 - 13:40
[b]Parexo "Barselona"nın hədəfində[/b]

“Valensiya”nın yarımmüdafiəçisi Daniel Parexo karyerasını “Barselona”da davam etdirə bilər. Apasport.az saytının “Sport” nəşrinə istinadən məlumatına görə, baş məşqçi Ernesto Valverde oyun tərzinə uyğun gəldiyi üçün 29 yaşlı xavbeki komandasında görmək istəyir.

 

Parexonun müqaviləsində göstərilən sərbəst qalma dəyəri 50 milyon avrodu. “Barselona” tərəfi isə danışıqların gedişində qiyməti aşağı çəkməyə çalışır.

 

2017-18 mövsümündə 34 matçda meydana çıxan Parexo 7 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.