[b]Passiv “Neftçi”dən biri də getdi[/b]
07.06.2018 - 13:14
[b]Passiv “Neftçi”dən biri də getdi[/b]

Mövsümlərarası fasilənin ən passiv komandalarından olan “Neftçi” daha bir futbolçu ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, İqnasio Erreradan sonra müdafiəçi İlkin Qırtımov da bakılılarla vidalaşıb.

 

Bu ilin yanvarında “Keşlə”ni “Neftçi”yə dəyişən Qırtımov 6 ay + 1 il şərti ilə müqavilə imzalamışdı. Tərəflər anlaşmanın müddətini uzatmağa ehtiyac duymadıqlarından, 28 yaşlı müdafiəçi azad agent statusu alıb.

 

Sağ cinah oyunçusu karyerasını elə paytaxt klublarından birində davam etdirəcək. Çünki hazırda “Zirə” və “Keşlə” onun xidmətində maraqlıdı. Lakin Qırtımovun tələbləri ilə klubların təklifləri hələlik üst-üstə düşmədiyindən, futbolçunun yeni komandasının adı gecikir.

 

Qeyd edək ki, İlkin Qırtımov ötən mövsümün ilk yarısında Premyer Liqada “Keşlə”nin heyətində 13, “Neftçi”də isə 6 oyun keçirib.