[b]Patrik Vieyra fransız klubunda[/b]
11.06.2018 - 18:51
[b]Patrik Vieyra fransız klubunda[/b]

Fransa Liqa 1-də çıxış edən “Nitsa” yeni baş məşqçisinin adını açıqlayıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, “Nyu-York Siti”nin sabiq məşqçisi Patrik Vieyra fransız klubunu çalışdıracaq.

41 yaşlı mütəxəssisin müqaviləsinin detalları hələlik açıqlanmasa da, “L’Equipe” sazişin üç il müddətinə nəzərdə tutulduğunu iddia edir.

Qeyd edək ki, Vieyra “Nitsa”nın baş məşqçisi postunda, Dortmund “Borussiya”sının yeni çalışdırıcısı təyin olunan Lüsyen Favrı əvəzləyib.