“Barselona”nın yarımmüdafiəçisi Paulinyo yenidən Çinə dönə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Quançjou Everqrand” ulduz futbolçunu qaytarmaq niyyətindədi.
Braziliya millisinin üzvünün sabiq komandası ilə danışıqları müsbət nəticələnmək üzrədi. Bir il əvvəl məhz “Quançjou Everqrand”dan 40 milyon avro müqabilində “Barsa”ya keçən 29 yaşlı oyunçu ehtiyatda qalmasından narahatdı. Bu üzdən klubunu tərk etmək fikrindədi. Çinlilər keçidin reallaşması üçün Kataloniya təmsilçisinə 50 milyon avro təklif edib. Tərəflərin bu transferdə anlaşması gözlənilir.
Qeyd edək ki, Paulinyo “Yuventus”un da maraq dairəsindədi.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI