Paulo Dibala PSJ-yə keçir?
09.06.2018 - 12:16
Paulo Dibala PSJ-yə keçir?

“Yuventus”un yarımmüdafiəçisi Paulo Dibala karyerasını Fransada davam etdirə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, PSJ ulduz futbolçunun xidmətində maraqlıdı.

Fransa çempionu bu transfer üçün qarşı tərəfə astronomik məbləğ təklif etməyə hazırlaşır. Həmçinin Dibalanın ailəsi də onun Turin klubunu tərk etmək fikrində olduğunu gizlətməyib. Lakin futbolçu ilə “Çelsi” də maraqlanır.

Qeyd edək ki, Paulo Dibala ötən mövsüm 46 oyunda 26 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.