Paytaxt klubunda yeni müqavilə
03.02.2023 - 14:37
“Arsenal” futbolçusu Qabriel Martinelli ilə müqaviləni uzadıb.
Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.
22 yaşlı braziliyalı hücumçunun London təmsilçisi ilə əvvəlki anlaşması cari mövsümün sonunda başa çatmalı idi. Paytaxt klubunun Qabriellə yeni sözləşməsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, cənubi amerikalı cari mövsüm 27 matçında 7 qol vurub.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0