“Pedro Enrike ötən mövsüm Azərbaycanın “Qarabağ” klubunda çıxış edib. Braziliyalı bu komandanın təkcə daxili çempionatda deyil, həm də Çempionlar Liqasının qrup mərhələsindəki liderlərindən biri olub”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qazaxıstanın “Astana” klubunun prezidenti Sayan Xamitjanov deyib.
O, “Qarabağ”ın sabiq futbolçusu Pedro Enrikenin keçidinə münasibət bildirib: “Onun bir müddət əvvəl transfer etdiyimiz Riçard Almeyda ilə birgə oynaması da qeyd ediləsi məqamdı. Avropada 5 mövsüm, avrokubokların qrupundakı təcrübə və yüksək ifaçılıq qabiliyyəti bizim dəvət zamanı əsaslandığımız meyarlardı”.
Qeyd edək ki, “Astana” Yunanıstan PAOK-una məxsus futbolçunu icarəyə götürüb.