Pike və Şakiranın evi oğurlandı
06.06.2018 - 18:07
Pike və Şakiranın evi oğurlandı

“Barselona”nın müdafiəçisi Jerar Pike və həyat yoldaşı Şakira oğurluğun qurbanı olublar. Apasport.az saytının “Marca”ya istinadən məlumatına görə, onların evi soyulub, dəyərli əşyalar, saatlar oğurlanıb.

 

Hadisə baş verdiyi vaxt nə Pike, nə də Şakira evdə imiş. Dünya çempionatına yollanacaq Jerar İspaniya millisinin düşərgəsində, müğənni isə Almaniyada qastrol səfərində olub.

 

Pikenin valideynləri polisə müraciət ediblər. Hadisə ilə bağlı istintaq başlayıb.

 

Oğrular evə heç bir ziyan vurmayıblar.