Ötən mövsüm Premyer Liqaya yüksələn və liqada qalmaq üçün mübarizə aparan "Şeffild Yunayted"ə xalların silinməsi cəzası verilib.
Apasport.az xəbər verir ki, klubdan verilən açıqlamada 2022/23 mövsümündə maliyyə qaydalarını pozduğuna görə EFL rəhbərliyi tərəfindən xal silinmə cəzası tətbiq edildiyi bildirilib.
"Şeffild Yunayted" Premyer Liqada bu cəzanı çəkməyəcək, çünki onlar EFL-in idarə etdiyi Çempionşipdə pozuntuya yol veriblər. "Şeffild" yeni mövsümə mənfi 2 xalla başlayacaq.
31 matçdan sonra 16 xal toplayan "Şeffild Yunayted"in düşmə zonasından yuxarıda olan "Nottingem Forest"lə 9 xal fərqi var.
- Premyer Liqada 7 qarşılaşma baş tutub – “Arsenal” və “Çelsi” qələbə qazanıb
- A Seriyası: “Udineze” qələbə qazandı, “Napoli” büdrədi
- Bundesliqa: "Bayern" evdə "Bayer"i məğlub edib
- "Qalatasaray" - "Trabzonspor" matçında qol səsi çıxmadı
- "İnter" və "Napoli" “Kalyari”nin futbolçusu üçün mübarizə aparacaq