Premyer Liqa oyunçusunun "Qalatasaray"a keçidi baş tutmadı
02.02.2024 - 13:46
Premyer Liqa oyunçusunun "Qalatasaray"a keçidi baş tutmadı

Serj Oryenin "Qalatasaray"a transferi baş tutmayıb.

Apasport.az xəbər verir ki, "sarı-qırmızılar" daha əvvəl anlaşdıqları Oryenin transferini dayandırıb.

Transfer haqqı ilə bağlı fikir ayrılıqlarına görə tərəflər müqavilə imzalamayıblar.

Kot d-İvuarlı futbolçu Afrika Kuboku üçün milli komandanın düşərgəsindədir.

Bu mövsüm “Nottingem Forest”də 13 matçda iştirak edən Serj 2 məhsuldar ötürmə edib. O, karyerası boyunca PSJ, "Tottenham" və "Villarreal" kimi komandalarda oynayıb.

0