Premyer Liqa tarixində ikinci
26.08.2023 - 12:51
Premyer Liqa tarixində ikinci

Tyaqo Silva Premyer Liqanın 3-cü turunun “Luton”la oyununa start heyətində çıxıb.

Apasport.az saytının məlumatına görə, “Çelsi”nin müdafiəçisi yarışın tarixinə ilk “11-lik”də yer alan ikinci ən yaşlı sahə oyunçusu kimi düşüb.

O, 38 yaş 337 günlüyündə bunu bacarıb. Braziliyalı arxa xətt oyunçusu yalnız Teddi Şeringemdən geri qalır. 39 yaş 147 günlüyündə “Vest Hem”in start heyətinə düşən veteran bu rekorda 2005/06 mövsümündə imza atıb.

Qeyd edək ki, “Çelsi” “Luton”a 3:0 hesabı ilə qalib gəlib.
 

0