[b]Premyer Liqanın daha 2 klubu Türkiyəyə getdi[/b]
16.07.2018 - 11:10
[b]Premyer Liqanın daha 2 klubu Türkiyəyə getdi[/b]

Topaz Premyer Liqasının daha 2 klubu Türkiyəyə yola düşüb. Apasport.az saytının məlumatına görə, “Sumqayıt” və “Sabah” təlim-məşq toplanışının ikinci mərhələsini qonşu ölkədə keçəcək.

 

Hər iki klub Boluda toplanışda olacaq və 4 yoxlama görüşündə qüvvəsini sınamağı planlaşdırır. “Sabah”ın rəqiblərindən 2-si məlumdu. Belə ki, debütant iyulun 18-də “Giresunspor”, 28-də isə “Alanyaspor”la qarşılaşacaq.

 

Həm “Sumqayıt”, həm də “Sabah” iyulun 29-da toplanışı başa vuraraq vətənə dönəcək.

0