[b]“Proqres” – “Qəbələ” oyununun hakimləri açıqlandı [/b]
14.07.2018 - 14:20
[b]“Proqres” – “Qəbələ” oyununun hakimləri açıqlandı
[/b]

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarına hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi “Qəbələ”nin “Proqres”lə Lüksemburqdakı görüşü şimali irlandiyalı hakimlərə tapşırılıb.

 

İyulun 19-da keçiriləcək matçı Keyt Kennedi idarə edəcək. Onun köməkçiləri Stefen Donaldson və Kristian Fransis Hanna olacaq. Dördüncü hakim funksiyasını Evan Boys yerinə yetirəcək.

 

Oyunun hakim-inspektoru serbiyalı Milan Karaciç, UEFA nümayəndəsi estoniyalı Oleq Xarlamov olacaq.