[b]PSJ-nin oyunçusu əməliyyat olundu[/b]
06.06.2018 - 01:30
PSJ-nin müdafiəçisi Dani Alves əməliyyat olub. Apasport.az saytının məlumatına görə, braziliyalı sağ cinah müdafiəçisi Parisdə cərrah bıçağı altına yatıb.
Klubun rəsmi saytı açıqlama yayaraq bildirib ki, əməliyyat uğurla keçib. Həmçinin əlavə edilib ki, əməliyyatın əsas məqsədi müalicə müddətinin qısaldılmasıdır.
Qeyd edək ki, Alves Fransa kubokunun finalında “Le Erbe” ilə matçda zədələnmiş, mundialdan kənarda qalmışdı.
0
0