PSJ son dəqiqədə məğlubiyyətdən xilas oldu
07.04.2024 - 10:53
PSJ son dəqiqədə məğlubiyyətdən xilas oldu

Fransa Liqa 1-də XXVIII turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, PSJ son dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub. Lider "Klermon"la heç-heçə edib.

Günün növbəti oyununda "Lans" "Havr"ı qəbul edib. Bu görüşdə də (1:1) qalib müəyyənləşməyib.

Liqa 1
XXVIII tur

6 aprel

Lans – La Havr 1:1
Qollar:
 P.Frankovski, 58 - E.Sabbi, 78 (pen.)

PSJ – Klermon 1:1
Qollar:
 Q.Ramos, 85 - H.Keyta, 32

0