İtaliya millisinin yarımmüdafiəçisi Nikolo Dzanyolo "Roma"dan "Qalatasaray"a keçib.
Apasport.az xəbər verir ki, "Roma" klubu tərəflərin daimi əsaslarla transferlə bağlı razılığa gəldiyi barədə açıqlama yayıb.
İnsayder Fabritsio Romano iddia edir ki, Türkiyə komandası bu transferə görə 16,5 milyon avro ödəyəcək, daha 13 milyonu isə bonus olaraq verəcək.
Futbolçu ilə 4 illik müqavilə imzalanıb və onun 35 milyon avroya sərbəst qalma maddəsi var. 23 yaşlı oyunçunun əmək haqqısı ildə 3,5 milyon avro olacaq.
Qeyd edək ki, Nikolo Dzanyolo 2018-ci ildən "Roma"da çıxış edir. Onun hesabında 128 oyuna 24 qol var.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”