“Qalatasaray”ın müdafiəçisi Saşa Boe Fransaya qayıda bilər.
Apasport.az saytının məlumatına görə, sağ cinah müdafiəçisi Liqa1 təmsilçilərinin maraq dairəsinə düşüb.
Ötən il “Renn”dən keçdiyi Türkiyə klubunda parlaq çıxışla diqqət çəkən 22 yaşlı futbolçu sabiq komandası ilə yanaşı, “Marsel” və “Lion”dan transfer təklifi alıb. Hər üç klub fransalının qış fasiləsində transferi üçün “cim-bom”a rəsmi məktub göndərib. “Sarı-qırmızılılar” 1,1 milyon avroya aldığı Boenin satışından 15 milyon avro qazanmağı planlaşdırır.
Qeyd edək ki, bu mövsüm 9 oyunda 1 məhsuldar ötürmə verən Saşa Boenin “Qalatasaray”la müqaviləsi 2025-ci ilin yayına qədərdir.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir