[b]“Qarabağ” daha 2 futbolçu sifariş etdi [/b]
24.07.2018 - 16:57
[b]“Qarabağ” daha 2 futbolçu sifariş etdi

[/b]

Çempionlar Liqasının II təsnifat mərhələsində “Kukesi” ilə qarşılaşacaq “Qarabağ” oyunöncəsi iştirak ərizəsinə daha iki futbolçunun adını əlavə edib. Bu barədə apasport.az saytına klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.

 

O bildirib ki, sabahkı oyunöncəsi yeni transferlər Con Delarj və İnnosent Emeqaranın adı UEFA-ya göndəriləcək. Bu isə o deməkdi ki, “Kukesi” ilə görüşlərdə baş məşqçi Qurban Qurbanovun ixtiyarında 3 hücumçu, ümumilikdə isə 25 futbolçu olacaq.

 

Con Delarj “Bursaspor”dan, İnnosent Emeqara isə “Ermis”dən transfer olunub.

 

Qeyd edək ki, sabah keçiriləcək “Kukesi” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 21:00-da start götürəcək.