[b]“Qarabağ”dan qorxurlar: Hər 3 komandadan güclüdü[/b]
24.07.2018 - 15:01
[b]“Qarabağ”dan qorxurlar: Hər 3 komandadan güclüdü[/b]

Çempionlar Liqasının II təsnifat mərhələsində BATE-yə rəqib olan HİK növbəti mərhələdə “Qarabağ”la qarşılaşa bilər. Apasport.az saytının məlumatına görə, bunun üçün həm Finlandiya, həm də Azərbaycan çempionu II mərhələni keçməlidi.

 

HİK-in BATE önündə şansı yüksək qiymətləndirilməsə də, finlər artıq növbəti mərhələ barədə proqnoz verirlər. “Qarabağ”dan qorxduqlarını etiraf edən skandinaviyalılar “Kukesi”nin qalib gəlməsini arzulayırlar.

 

Finlandiya mətbuatı Azərbaycan çempionunu özləri üçün arzuolunmaz rəqib sayır: “Qarabağ” ötən mövsüm tarixində ilk dəfə Çempionlar Liqasının qrupunda oynadı. “Qarabağ” hər üç komandadan – həm HİK, həm BATE, həm də “Kukesi”dən güclüdü. “Kukesi”nin isə avrokubokda uğuru yoxdu. Bu üzdən təmsilçimiz BATE-ni keçəcəyi təqdirdə, daha böyük komanda ilə qarşılaşmalı olacaq”.

 

Qeyd edək ki, HİK BATE ilə ilk oyununu sabah Belarusda keçirəcək.