[b]“Qarabağ”ın daha bir sabiq futbolçusu “Astana”da
[/b]
14.07.2018 - 16:13
“Qarabağ”ın sabiq futbolçusu Pedro Enrikenin yeni klubu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı braziliyalı yarımmüdafiəçi karyerasını Qazaxıstanda davam etdirəcək.
Pedro “Qarabağ”dakı komanda yoldaşı Riçard Almeyda ilə birlikdə “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında oynayacaq. “Astana” braziliyalını Yunanıstanın PAOK klubundan icarəyə götürüb.
Qeyd edək ki, Ellada təmsilçisinə məxsus olan futbolçu ötən mövsüm “Qarabağ”da da icarə əsasında çıxış edib və Azərbaycan çempionu titulunu qazanıb.
0
0