Qarşınızda: Baş məşqçi Miroslav Kloze
01.12.2023 - 15:34
Qarşınızda: Baş məşqçi Miroslav Kloze

Miroslav Kloze Bundesliqa 2-də çıxış edən "Kayzerslautern"in baş məşqçisi ola bilər.

Apasport.az xəbər verir ki, veteran hücumçu yaxın günlərdə komandanın sükanı arxasına keçməyə hazırlaşır.

“Bavariya” klubunun aşağı yaş qruplarında və əsas komandada işləmiş Kloze “Kayzerslautern”də Dirk Şusteri əvəz edəcək. 45 yaşlı mütəxəssisin son klubu Avstriyanın “Altax” komandası olub. 

Qeyd edək ki, “Kayzerslautern” çempionatın geridə qalan 14 matçında topladığı 18 xalla turnir cədvəlinin 11-ci pilləsində yer alır. Komanda son 5 matçının 4-də məğlub olub, 1-də isə heç-heçə edib.

0